FİFA korrupsiyaya məğlub oldu
https://azeri.sahartv.ir/news/dünya-i194333-fİfa_korrupsiyaya_məğlub_oldu
Hər zaman milyonlarla insanı televizorların qarşısına toplayan və minlərlə nəfəri stadionlara çəkib gətirən futbol yarışları indi FİFA-nın yüksək səviyyəli rəsmilərinin iri həcmili korrupsiyası ilə gündəmə gəlib və bütün diqqətləri özünə cəlb edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2015 05:33 Asia/Baku
  • Blatter
    Blatter

Hər zaman milyonlarla insanı televizorların qarşısına toplayan və minlərlə nəfəri stadionlara çəkib gətirən futbol yarışları indi FİFA-nın yüksək səviyyəli rəsmilərinin iri həcmili korrupsiyası ilə gündəmə gəlib və bütün diqqətləri özünə cəlb edib.

Mərdumsaları qəzeti yazır: FİFA-nın rəhbər üzvlərinin korrupsiya ilə bağlı əməllərinin ifşasına çərşənbə günü, FİFA-nın yeni prezidentinin seçilməsi ərəfəsində start verildi. İsveçrə polisinin FİFA-nın rəhbər üzvlərinə qarşı geniş əməliyyata başlaması hamı üçün gözlənilməz idi. Bu əməliyyatları yalnız italyan mafiyasının başçılarına qarşı keçirilən əməliyyatlar ilə müqayisə etmək olar.
Frans 24-ün məlumatına görə, FİFA-nın rəhbər üzvlərindən 7-si həbs edilib və daha 2 rəsmi də tutduğu vəzifədən kənarlaşdırılıb. FİFA-nın rəhbər üzvləri əsasən 150 milyon dollar civarında rüşvətin alınması elan olunub. Bu maliyə əməliyyatlarının böyük bir hissəsinin Amerikada baş tutmasını nəzərə alaraq, ABŞ-ın Federal Təhlükəsizlik Bürosu da məsələyə müdaxilə edib.