Belçikada 30 müsəlman qız məktəbdən qovulub
May 31, 2015 12:45 Asia/Baku
Belçikada bir məktəb direktoru anti-İslam bir hərəkətdə 30 müsəlman qız məktəblinin bu təhsil müəssisəsinə daxil olmasına icazə verməyib.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, Belçikanın paytaxtı Brüsseldə "Di Mat Kovrior" məktəbinin direktorunun göstərişinə əsasən, 30 məktəbli müsəlman qız məktəbə daxil ola bilməyib.Bu müsəlman qız məktəblilərin günahı, ətəkləri uzun olan geyimə malik olmaları olub. Məktəb rəhbərliyi bu geyimi dini geyim hesab edərək, onların məktəbə buraxılmasına icazə verməyib.
Məktəb direktoru öz hərəkətini əsaslandırmaq üçün deyib: Uzun ətəkli geyim geymək məktəb qaydalarına ziddir və dini atribut hesab olunur. Belçika polisi məktəbə buraxılmayan məktəbli qızların piketini dağıdıb.