May 31, 2015 16:48 Asia/Baku
  • Vaşinqton Post: ABŞ polisi ötən 5 ay ərzində 385 nəfəri öldürüb
    Vaşinqton Post: ABŞ polisi ötən 5 ay ərzində 385 nəfəri öldürüb

Polis hesabatları, yerli xəbərlər və fərdi müsahibələr əsasında əldə edilən məlumatlara görə, Amerikada polis zabitləri 2015-ci ilin ilk 5 ayında 385 nəfəri qətlə yetiriblər. Bu qətl hadisələrinin təqribən altıda biri silahsız şəxslərin qətlinə aiddir.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Vaşinqton Post bir hesabatda bildirib: Cari ilin ilk 5 ayında 385 nəfər polis tərəfindən açılan atəş nəticəsində həyatını itirib. Hadisə qurbanları 18-83 yaş aralığına aiddir. Bu məlumata görə, hər 6 qurbandan biri silahsız olub. Öldürülənlər əsasən Afrika və ispan əsilli amerikalılardırlar. Bu cinayət hallarının yalnız 1%-dən azında polis zabitləri müqəssir hesab olunub.
Vaşinqton Post müxtəlif mənbələr, o cümlədən polis hesabatları, yerli mənbələr və şahid ifadələrinə istinadla belə bir nəticəyə gəlib ki, cari ilin əvvəlindən indiyə kimi ölkə vətəndaşlarının polis tərəfindən qətlə yetirilməsi nisbəti orta hesabla hər gün 2.6 hala bərabərdir. Bu hesabat Federal Təhlükəsizlik Bürostunun hesabatı ilə qarşılaşdırıldıqda böyük fərqin şahidi oluruq. Belə ki, FTB öz hesabatında polis tərəfindən il ərzində orta hesabla 400 nəfərin qətlə yetirildiyini bildirib ki, bu da hər gün üçün 1.1 hal deməkdir.
Həmçinin Vaşinqton Post bildirir ki, öldürülən və silahsız olan qurbanların üçdə ikisi Afrika mənşəli qaradərililər və ya ispan əsilli vətəndaşlardır.
Ötən aylar ərzində Amerikada, xüsusilə Ferquson və Baltimor şəhərlərində polis zorakılığı və irqçilik əleyhinə xalq etirazları xeyli genişlənib.

Teqlər