İyun 12, 2015 13:58 Asia/Baku
  • Rusiya ABŞ və NATO-nu suçladı
    Rusiya ABŞ və NATO-nu suçladı

Rusiya Xarici İşlər Nazirliyi ABŞ və onun NATO-dakı müttəfiqlərini Nüvə Silahlarının Yayılmamasına dair Sazişi pozmaqda suçlayıb.

Səhər Beynəlxalq Televiziyasının Sputnik Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya XİN bir bəyanat yayaraq bildirib ki, ABŞ və Şimali Atlantik Alyansı NATO bəzi nüvə proqramları həyata keçirərək Nüvə Silahlarının Yayılmamasına dair Sazişi pozurlar.
Rusiya XİN bildirib: ABŞ və onun NATO-dakı müttəfiqləri tərəfindən müştərək nüvə vəzifələri olaraq həyata keçirilən məsələlər, əslində NPT-ni tapdalamaq mənasındadır.
Bundan öncə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, ABŞ Belçika, İtaliya, Türkiyə, Almaniya və Hollandiyada nüvə silahları yerləşdirərək NPT Sazişini pozub.

Teqlər