Amano: İnkişaf etmiş nüvə ölkələri öz təcrübələrini digərlərinə versinlər
https://azeri.sahartv.ir/news/dünya-i194944-amano_İnkişaf_etmiş_nüvə_ölkələri_öz_təcrübələrini_digərlərinə_versinlər_
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru inkişaf etmiş nüvə ölkələrindən istifadə olunmuş nüvə yanacağı və radioaktiv tullantılara nəzarət sahəsində öz elm və təcrübələrini yenicə dirçələn və az təcrübəli ölkələrə vermələrini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2015 05:00 Asia/Baku
  • İnkişaf etmiş nüvə ölkələri öz təcrübələrini digərlərinə versinlər
    İnkişaf etmiş nüvə ölkələri öz təcrübələrini digərlərinə versinlər

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru inkişaf etmiş nüvə ölkələrindən istifadə olunmuş nüvə yanacağı və radioaktiv tullantılara nəzarət sahəsində öz elm və təcrübələrini yenicə dirçələn və az təcrübəli ölkələrə vermələrini istəyib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, AEBA baş direktoru Yukiya Amano çərşənbə axşamı günü Vyanada keçirilən istifadə olunan nüvə yanacaqlarının idarə olunması konfransında istifadə olunan nüvə yanacaqlarının həcminin dünyada artmaqda olduğuna toxunaraq bu yanacaqların düzgün idarə olunmasını vacib və əsaslı məsələ adlandırıb.
Qeyd olunan konfrans hər 3-5 ildə bir dəfə nüvə texnologiyasına malik bütün ölkələrdən nümayəndələrin iştirakı ilə bu təşkilatın Vyanadakı qərargahında keçirilir və məqsəd bu ölkələrdə istifadə olunan nüvə yanacaqlarına nəzarət üçün təsirli tədbirlərin görülməsidir.
AEBA baş direktoru Finlandiya, İsveç və Fransanın belə yanacaqlara nəzarət barəsində son nailiyyətlərinə toxunaraq deyib: Hələlik istifadə olunan yanacaqlar və radioaktiv tullantılar üçün xüsusi anbarların yaradılması və istifadəsi zamanına qalıb.
Bu agentliyin yenicə dirçələn ölkələri tam şəkildə dəstəklədiyini deyən Amano istifadə olunan nüvə yanacaqları və radioaktiv tullantılara nəzarətə dair proqramlar və tədbirlərin əhəmiyyətini vurğulayıb.