NATO ölkələri Şərqi Avropada hərbi iştirakını artırır
https://azeri.sahartv.ir/news/dünya-i195096-nato_ölkələri_Şərqi_avropada_hərbi_iştirakını_artırır
ABŞ-ın müdafiə naziri Avropaya səfəri ərəfəsində Vaşinqton və NATO ölkələrinin ehtimal olunan şəraitlə qarşılaşmaq üçün Şərqi Avropada hərbi iştiraklarını artırmalarından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2015 12:40 Asia/Baku
  • Eşton Karter
    Eşton Karter

ABŞ-ın müdafiə naziri Avropaya səfəri ərəfəsində Vaşinqton və NATO ölkələrinin ehtimal olunan şəraitlə qarşılaşmaq üçün Şərqi Avropada hərbi iştiraklarını artırmalarından xəbər verib.

Mehr xəbər agentliyinin Vaşinqton Post-a istinadla verdiyi məlumata görə, ABŞ-ın müdafiə naziri Eşton Karter Şərqi Avropada NATO-nun iştirakının artırılmasına işarə edərək, deyib: Bu gün Avropaya hakim kəsilmiş təhlükəsizlik şəraitinə uyğun olaraq, yeni önləyici tədbir hazırlanıb.
Eşton Karter yaranmış yeni vəziyyətə görə Rusiyanı ittiham edib və deyib: baş verən hadisələrin səbəbkarı Rusiyadır.
Pentaqon şefi əlavə edib: NATO-nun gücləndirilməsi yalnız Rusiya ilə çəkişməli şəraitin uzanmasına görədir.
Amerika Rusiya ilə sərhəd məntəqələrdə ağır zirehli texnikaların yerləşdirilməsini və Polşaya 5 min hərbçinin göndərilməsini istəyir.
Ötən bir ildə Ukraynada baş verən hadisələrin ardınca Krım yarımadasının Rusiyaya birləşdirilməsi Rusiya ilə Qərb arasında əlaqələrin xeyli gərginləşməsinə səbəb olub. Və yaranmış vəziyyəti nəzərə alaraq, ABŞ və NATO Şərqi Avropada və Rusiya sərhədlərində öz hərbi iştirakının artırmağa başlayıb.