ABŞ polisi daha bir qaradərili şəxsi qətlə yetirib
İyun 26, 2015 10:19 Asia/Baku
ABŞ-da məişət zəminində ailələrin birində baş vermiş münaqişə ilə əlaqədar hadisə yerinə çağırılmış polis əməkdaşları qaradərili silahsız vətəndaşa 19 dəfə atəş açaraq, qətlə yetiriblər.
RİA Novostinin verdiyi məlumata görə, ABŞ-da məişət zəminində ailələrin birində baş vermiş münaqişə ilə əlaqədar hadisə yerinə çağırılmış polis əməkdaşları qaradərili silahsız vətəndaşı qətlə yetiriblər.ABŞ polisinin budəfəki qurbanı 41 yaşlı Spenser Li Makkeyn olub.
Məlumata görə, insident iyunun 25-də səhər saatlarında Baltimor şəhərinin ətrafındakı evlərin birində baş verib. Ailə zorakılığı ilə bağlı çağırılan polis əməkdaşları mənzilə daxil olub və silahsız ev sahibini gülləbaran ediblər.
Makkeyni qətlə yetirən hər üç polis əməkdaşı istintaq başa çatanadək məzuniyyətə göndərilib.