İyul 19, 2015 09:25 Asia/Baku
  • Almaniya xarici işlər naziri İsraili qınadı
    Almaniya xarici işlər naziri İsraili qınadı

Almaniya xarici işlər naziri deyib: İsrailin əksinə olaraq, dünya ictimaiyyəti İran və 5+1 qrupu arasında əldə olunan hərtərəfli müştərək addım proqramını himayə edir.

ZDF kanalı ilə müsahibədə bu məqama toxunan Frank Valter Ştaynmayer əlavə edib: Hərtərəfli müştərək addım proqramını digər münaqişələrin sülhsevər və diplomatik yolla həll edilməsi üçün bir nümunə hesab etmək lazımdır.
Almaniya xarici işlər naziri daha sonra İsrail rejiminin tənqidlərinin əksinə olaraq, məsələnin həlli üçün hazırda gündəmdə duran hərtərəfli müştərək addım proqramından daha yaxşı seçimin olmadığını və dünya ictimaiyyətinin də bu qənaətdə olduğunu bildirib.
Frank Valter Ştaynmayer həmçinin Almaniyanın İranın nüvə işi ilə bağlı müzakirələrdə bir növ vasitəçi rola malik olduğunu deyib.

Teqlər