İyul 24, 2015 09:59 Asia/Baku
  • Putin, Poroşenko, Olland və Merkel Minsk anlaşmasını araşdırdılar
    Putin, Poroşenko, Olland və Merkel Minsk anlaşmasını araşdırdılar

Kreml Rusiya, Ukrayna və Fransa prezidentləri və Almaniya kanslerinin Ukrayna böhranının həlli üzrə Minsk anlaşması barəsində məsləhətləşmə apardıqlarını bildirib.

Səhər beynəlxalq Televiziyasının məlumatına görə, Kreml sarayı bir məlumatda bildirib ki, Rusiya, Ukrayna və Fransa prezidentləri Vladimir Putin, Pyotr Poroşenko və Fransua Olland və Almaniya kansleri Angella Merkel telefon söhbətində 12 fevral Minsk anlaşması barəsində fikir mübadiləsi aparıblar.
12 fevral 2015-ci ild Minsk anlaşması Rusiya, Ukrayna, Fransa və Almaniyadan ibarət Normand dördlüyü liderlərinin Belarus paytaxtındakı iclasında imzalandı.
Normand dördlüyü liderləri telefon söhbətində Donetsk və Luqanskda təmas xəttindən 100 mm-dən az kalibrli ağır silahların geri çəkilməsindən razılıq ediblər.
Onlar eyni zamanda ATƏT müşahidəçilərinin nəzarətində atəşkəsə tam riayət olunmasının əhəmiyyəti və münaqişə bölgələrində qeyri-hərbi ərazilərin yaradılmasını vurğulayıblar.

Teqlər