İyul 30, 2015 10:45 Asia/Baku
  • Amerikalı yəhudilərin əksəriyyəti İranla nüvə anlaşmasını dəstəkləyir
    Amerikalı yəhudilərin əksəriyyəti İranla nüvə anlaşmasını dəstəkləyir

Amerikanın Ci Street yəhudi müəsisəsi yeni bir rəy sorğuqu ilə əlaqədar məlumat verib: Amerikalı yəhudilərin əksəriyyəti İranla nüvə anlaşmasını dəstəkləyir.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, bu rəy sorğusuna əsasən, amerikalı yəhudilərin 60%-i İran və 5+1 qrupu arasında nüvə anlaşması ilə razıdır.
Rəy sorğusuna görə, İranın nüvə anlaşmasını dəstəkləyən ən böyük qrup 40 yaşdan aşağı amerikalı yəhudilərdir. Lakin 40 yaşdan yuxarı yəhudilərin əksəriyyəti nüvə anlaşması ilə razıdır.
Həmçinin bu rəy sorğusuna görə, amerikalı yəhudilərin 69%-i Amerikanın İsrail və ərəb müttəfiqlərinə təzyiq göstərməsi ilə razıdır. Belə ki, onlar İranın nüvə anlaşması ilə razılaşsınlar.
Ci Street müəssisəsi bu rəy sorğusunu 21-23 iyulda keçirib.

Teqlər