Ərdoğan: Təhlükə tam aradan qalxanadək terrorçularla mübarizə aparılacaq
Avq 12, 2015 08:51 Asia/Baku
-
Ərdoğan: Təhlükə tam aradan qalxanadək terrorçularla mübarizə aparılacaq
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: Türkiyə ölkə ərazisində terror qruplaşmalarının tamamilə ləğv olunması üçün aktiv tədbirlər görməkdə davam edəcək.
Türkiyədə çıxan Hürriyyət qəzetinin yazdığına görə, prezident Rəcəb Təyyib Ərdoğan çərşənbə axşamı Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi general Nəcdət Özal ilə vida mərasimndə deyib:“Biz bilirik ki, PKK terrorçuları istər ölkənin daxilində, istərsə də xaricində çoxlu itkilər veriblər. Biz həmçinin təhlükəsizliyimizə təhdid edən İŞİD-ə qarşı da əməliyyatlar apardıq. Bu qruplaşmalar arasında heç bir fərq yoxdur – terrorçu hər yerdə terrorçudur. Təhlükə tam aradan qalxanadək mübarizəni davam etdirəcəyik”.
Türkiyə ordusu və PKK yaraqlıları arasında gedən son toqquşmaların davamında bazar ertəsi günü PKK yaraqlıları 6 təhlükəsizlik qüvvəsini öldürüblər. Bunun ardınca Türkiyə qırıcıları PKK-nın sığınacaqlarına raket zərbələri endirib. 18 yaraqlının öldüyü bildirilir.