Avq 21, 2015 13:59 Asia/Baku
  • Müştərək Ukrayna-NATO manevri
    Müştərək Ukrayna-NATO manevri

Ukraynanın Müdafiə Nazirliyi bildirib ki, bu ölkə və NATO şənbə günü bu ölkənin cənubunda birgə manevr keçirəcəklər.

Sin-Xua-nın məlumatına görə, Ukraynanın Müdafiə Nazirliyinin bildirişinə əsasən, "Dəniz nəsimi-2015" adlanan bu manevrdə məqsəd, böhranlı bir məntəqədə çoxmilliyyətli təhlükəsizlik əməliyyatının icrasıdır.
Bu mənbə əlavə edib: Avqustun 31-dən sentyabrın 12-dək davam edəcək bu quru, dəniz və hava manevri həmçinin Ukraynanın dəniz qüvvələri ilə NATO-ya üzv və ya şərik ölkələrin dəniz qüvvələri arasında keçirilir.
"Dəniz nəsimi" manevri 1997-ci ildən bəri hər il Ukraynada keçirilir. Əlbəttə, bu manevr 2006, 2007 və 2009-cu illərdə keçirilmədi.

Teqlər