Avq 29, 2015 10:37 Asia/Baku
  • Ötən bir neçə ayda PKK üzvlərindən 943 nəfəri həlak olub
    Ötən bir neçə ayda PKK üzvlərindən 943 nəfəri həlak olub

Türkiyə ordusunun PKK qüvvələrinə qarşı planlaşdırdığı yeni hücum əməliyyatı nəticəsində bu günə kimi PKK ünsürlərindən 943 nəfərinin həlak olması xəbəri verilib.

Türkiyə ordusu tərəfindən yayılan bəyanatda qeyd olunub: Ötən iyul ayının 22-dən bəri ordunun Türkiyədə və İraqın şimalında PKK üzvlərinin mövqelərinə qarşı həyata keçirdiyi əməliyyat nəticəsində o qüvvələrdən 943 nəfəri həlak olub. Türkiyə ordusu baş qərargahı tərəfindən yayılan bəyanatda deyilir: İyul ayının 22-dən bəri Türkiyə ordusunun hərbi təyyarələrinin İraqın şimalında PKK üzvlərinin mövqeyinə qarşı hücum əməliyyatında PKK üzvlərindən 550 nəfəri bu bölgədə həlak olub. Bundan savayı Türkiyə ərazisinin daxilindəki məntəqələrdə isə PKK üzvlərindən 300 nəfəri həlak olub.
Küveyt Dövlət Xəbər Agentliyinin Ankaradan verdiyi məlumata əsasən Türkiyə ordusu baş qərargahı tərəfindən yayılan bəyanatda qeyd olunub: Sözü gedən tarixdə təhlükəsizlik qüvvələri ilə PKK qüvvələri arasındakı qarşıdurmalarda həlak olanların sayı 61 nəfərə çatıb. 17 mülkinin də həlak olması təsdiqlənib . Bundan savayı yaralıların sayı da 232 nəfərə çatıb.

Teqlər