Almaniyada bir məscid yandırılıb
Avq 30, 2015 10:34 Asia/Baku
Almaniya mediaları xəbər veriblər ki, naməlum bir hücumçu bu ölkənin qərbindəki Hagen şəhərində bir məscidi yandırıbdır.
IRNA-nın məlumatına görə, naməlum bir hücumçu şənbə günü bir məscidi yandırdıqdan və alovun içinə bir neçə mədəni vərəqə tulladıqdan sonra cinayət yerindən qaçıbdır.Məscidin işçilərindən biri vaxtında yanğından xəbərdar olub və onu polisə xəbər verməzdən öncə söndürməyə müvəffəq olub.
Almaniyada islamofobiyanın qızışdığı bir vaxtda bu ölkədəi islami mərkəz və məscidlər daha artıq nifrət və hiddətə məruz qalırlar.
Almaniya dövlətinin bildirdiyinə görə, bu ölkə 2015-ci ilin ilk altı ayında Almaniyada 23 dəfə islami mərkəz və məscidlərə hücumların şahidi olub.
Almaniya müsəlmanlarının rəhbərləri dəfələrlə islami mərkəz və məscidlərdə təhlükəsizlik tədbirlərinin artırılmasını istəyiblər. Onlar Angela Merkel dövlətini Almaniyada islamofobiyanın artması və müsəlmanlara nifrətdən irəli gələn cinayətlər xətərini görməməzliyə vurmaqda ittiham edirlər.