Rusiya NATO üzvlərinə hücum üzrə heç bir plana malik deyil
Avq 30, 2015 20:48 Asia/Baku
Sabiq Amerika rəsmisi vurğulayıb ki, Qərbin keçmiş və hazırkı rəsmiləri tərəfindən Rusiyanın NATO ölkələrinə qarşı hədəsi barədə ifadə edilən nigarançılıqlar tamamilə əsassızdır.
Təsnim xəbər agentliyinin məlumatına görə, ABŞ-ın sabiq dövlət katibi Kolin Pauelin ofisinin direktoru olmuş Larons Vilkerson Latviyanın Baltkom radiosu ilə müsahibədə bildirib ki, Rusiya Latviya, Litva və Estoniyaya, eləcə də hər hansı digər NATO ölkəsinə hücum üçün heç bir plana malik deyil. Moskva aylardır ki, bu məsələyə toxunur.O, həmçnin Vaşinqton, Berlin, London, Paris və Moskvanın, eləcə də sair dünya ölkələrinin başçılarına hər cür savaşın baş verməsi haqda xəbərdarlıq edib və bütün tərəflərin diplomatiyaya hörmət etmələrini istəyib.
Vilkerson əlavə edib: Dünyada yeni bir müharibə bütün ölkələr üçün faciəli ola bilər.
Vilkerson 2002-2005-ci illərdə Kolin Pauelin ofisinin direktoru olub.
Bu sabiq amerikan rəsmi illərdir ki, Ağ Evin Yaxın Şərqdəki siyasətlərini tənqid edib. O, inanır ki, ABŞ-ın 2003-də İraqa hücumu Yaxın Şərqdə səbatsızlığa səbəb olub.