Sen 01, 2015 11:00 Asia/Baku
  • İranın nüvə təsisatlarından baxış Tehranın icazəsi ilə olmalıdır
    İranın nüvə təsisatlarından baxış Tehranın icazəsi ilə olmalıdır

ABŞ dövlət katibinin siyasi müavini bu ölkənin PBS telekanalı ilə müsahibdə müxaliflərin "Nə üçün MAQATE İranın nüvə təsisatlarından qəfil təftiş imkanına malik deyil?" sualının cavabında onu rədd edərək, deyib ki, belə bir imkan dünyanın heç bir yerində yoxdur və agentlik təftişdən azı bir sutka öncə İranı məlumatlandırmağa borcludur.

Vendi Şermən əlavə edib: Agentlik təftiş istəyi irəli sürər və İran qəbul etməzsə, iki tərəf ikihəftəlik bir müzakirəyə girəcək və əgər bu müzakirədə də anlaşa bilməzlərsə, bu barədə birgə komissiya qərar çıxaracaq.
Şermən müştərək addım üzrə əhatəli proqrama toxunaraq, deyib: Bu razılaşma etimad deyil, daimi nəzarət əsasında həyata keçiriləcək. O, tərəflərin hər birinin razılaşmanın mətninə sədaqət miqdarına toxunub və üstüörtülü surətdə deyib: Razılaşma elə tənzim olunubdur ki, hər iki tərəfi onu yerinə yetirməyə vəfadar edir.
Vendi Şermən "Əgər konqres müştərək addım üzrə əhatəli proqramı qəbul etməzsə, nə baş verəcək?" sualına cavabda deyib: Bilmirəm, nə baş verəcək, amma əminəm ki, bu razılaşma icra olunacaq.

Teqlər