Sen 02, 2015 15:46 Asia/Baku
  • Avropanın şərqində NATO-nun 6 yeni komandanlıq mərkəzi fəaliyyətə başlayıb
    Avropanın şərqində NATO-nun 6 yeni komandanlıq mərkəzi fəaliyyətə başlayıb

Şimali Atlantika Alyansı-NATO Ukrayna üstündə Rusiya ilə Qərb arasındakı çəkişmələrin qızğın vaxtında və Amerikanın modern F-22 qırıcılarının Polşa ərazisində yerləşdirilməsindən sonra Avropanın şərqi və mərkəzində 6 yeni komandanlıq mərkəzini fəallaşdırıb.

Litva Müdafiə Nazirliyinin sözçüsü Asta Qaldikaite(Galdikaite) çərşənbə axşamı günü bu xəbəri verərək, deyib ki, NATO bu gün rəsmən Litva, Latviya, Estoniya, Polşa, Bolqarıstan və Rumıniyada öz qüvvələrinin vahid komandanlıq mərkəzlərini fəallaşdırıb.



Bu məlumata görə, hər bir mərkəz 40 işçi ilə, yeni qüvvələrin yerləşdirilməsi və manevrlərin ahəngdarlığı məsuliyyətini həyata keçirəcək.



Litvanın xarici işlər naziri Linas Linkoysius da öz ölkəsində və digər baltikyanı ölkələrdəki hərbi dəyişikliyə reaksiya verib və Rusiyanın adını hallandırmadan deyib: Bu, müttəfiqlərə və əlbəttə, son zamanlar çəkişmələri artırmış düşmənlərə aşkar bir mesajdır.



Bu məsələ rusların kəskin tənqidinə tuş gəlib. Belə ki, Moskva NATO-nu Avropada hücum siyasəti izləməkdə ittiham edərək, bu haqda xəbərdarlıq edib.

Teqlər