Türkiyədə təcili təhlükəsizlik iclası keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i197412-türkiyədə_təcili_təhlükəsizlik_iclası_keçirilib
PKK üzvlərinin Türkiyə ordusunun mövqəlerinə hücum etməsi və onlarla hərbçinin ölməsi və yaralanması ardınca, Türkiyə təcili təhlükəsizlik iclasını keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2015 05:49 Asia/Baku
  • Türkiyədə təcili təhlükəsizlik iclası keçirilir
    Türkiyədə təcili təhlükəsizlik iclası keçirilir

PKK üzvlərinin Türkiyə ordusunun mövqəlerinə hücum etməsi və onlarla hərbçinin ölməsi və yaralanması ardınca, Türkiyə təcili təhlükəsizlik iclasını keçirib.

Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, futbol üzrə 2016-cı il Avropa Çempionatının təsnifatı çərçivəsində Türkiyə və Hollandiya arasında baş tutan matçı izləmək məqsədilə bazar günü Konyaya səfər edən baş nazir Əhməd Davudoğlu təhlükəsizlik iclasında iştira etmək üçün bu oyunu yarımçıq qoyaraq paytaxta dönüb.


Bazar günü PKK üzvlərinin Türkiyə ordusunun Yüksəkova şəhərindəki mövqelərinə hücumu olub. Belə ki, iki zirehli avtomobil PKK üzvlərinin quraşdırdığı minalara düşüb və partlayıb. Partlayış ardınca ərazidə qarşıdurma baş verib və onlarla Türkiyə hərbçisi həlak olub və yaralanıb.