Sen 11, 2015 15:19 Asia/Baku
  • Türkiyənin İraqın şimalına hava hücumları davam edir
    Türkiyənin İraqın şimalına hava hücumları davam edir

Türkiyə təhlükəsizlik rəsmiləri bu ölkə qırıcı təyyarələrinin İraqın şimalına hücumlarının davam etdiyini bildiriblər.

Səhər Beynəlxalq Televiziyasının World Bulleten xəbər portalına istinadla verdiyi məlumata görə, Türkiyə təhlükəsizlik rəsmiləri bildiriblər: Türkiyə qırıcı təyyarələrinin İraqın şimalına hücumları cümə axşamı gecədən cümə günü səhərə qədər davam edib və bu hücumlarda Türkiyə Kürdüstan Fəhlə Partiyası PKK-nın mövqeləri hədəfə alınıb.


İraqın şimalına hücumda 15 qırıcı təyyarənin iştirak etdiyini bildirən Türkiyə təhlükəsizlik rəsmiləri əlavə ediblər: Bu hücumlar İraqın şimalında 3 dağlıq ərazisində həyata keçirilib.


Türkiyə baş naziri Əhməd Davudoğlu cümə axşamı günü Türkiyə hava qüvvələrinin İraqın şimalında PKK mövqelərinə qarşı hücumlarının artdığına toxunaraq deyib: Bu hücumlar PKK ünsürlərinin Türkiyə sərhədlərindən geri çəkilməsi üçün faydalı nəticələr əldə edib.


Bazar günü PKK-nın Hakkari vilayətinin Dağlıca sərhəd məntəqəsinə hücumunda 16 türk hərbçisini öldürməsindən sonra Türkiyə ordusu qırıcı təyyarələri PKK-nın mövqelərinə hava hücumlarını artırıblar.


Türkiyə hökuməti bu hücumlarla PKK-nı məhv edəcəyinə söz verib.

Teqlər