Sen 15, 2015 14:29 Asia/Baku
  • Türkiyə polisi Diyarbəkrdə PKK ilə toqquşub
    Türkiyə polisi Diyarbəkrdə PKK ilə toqquşub

Türkiyə polisi və Kürdüstan Fəhlə Partiyası PKK ünsürləri arasında güclü gediş-gəliş qadağasının tətbiq olunmasına baxmayaraq, kürdsakinli Diyarbəkr şəhərində qarşıdurma baş verib.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məluamta görə, hələ də gediş-gəliş qanunun tətbiq olunduğu Diyarbəkrin məhəllələrindən birində polislə PKK arasında güclü toqquşma baş verib. Toqquşma ardınca, polis bu şəhərin digər məhəllələrində də güclü təhlükəsizlik tədbirləri görüb və bu şəhərdə etiraz aksiyası keçirən gənc etirazçı qruplara tərəf gözyaşardıcı qaz atıb.


Halbuki bu şəhərin yalnız Sur tarixi məhəlləsində gediş-gəliş qanunu tətbiq olunduğu bildirilirdi.


Lakin Diyarbəkrin rəhbərlik ofisi bildirib ki, PKK ilə polis arasındakı qarşıdurma və PKK ünsürlərinin dövlət binalarına hücumlarına görə, hələ də gediş-gəliş qanunu icra olunur.


PKK ilə Türkiyə qüvvələri arasında qarşıdurma başlandıqdan indiyə qədər 100 polis və ordu qüvvəsi və yüzlərlə PKK üzvü öldürülüb.


Teqlər