Sen 19, 2015 10:58 Asia/Baku
  • Almaniya Macarıstanın öz sərhədlərini bağlamasını qınadı
    Almaniya Macarıstanın öz sərhədlərini bağlamasını qınadı

Almaniya Macarıstan dövlətinin mühacirlərin girişini önləmək üçün sərhədlərini bağlamasını tənqid edib və bu addımın böhranın həlli üçün uzunmüddətli çıxış yolu olmadığını bildirib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkelin sözçüsü Stefan Sibret deyib: Almaniya böyük problemlərlə üzləşən Yunanıstan, Makedoniya, Serbiya, Macarıstan və Xorvatiyanın durumundan tamamilə agahdır.
S.Sibret əlavə edib: Amma, mühacirləri sərhəd qapılarının arxasında saxlamaq, mühacirlər probleminin həlli üçün uzunmüddətli çarə sayılmır.
Almaniya kanslerinin müavini və iqtisadiyyat naziri Ziqmar Qabriyel də cümə günü mühacirlər böhranı barədə deyib: Avropa Birliyinin vəhdət və həmrəylik prinsipinə habelə, humanizmin dəyərlərinə hörmət etməyənlər bu birlikdən maliyyə yardımları ala bilməzlər.
Şərqi Avropa ölkələri o cümlədən Macarıstan və Serbiya mühacirlərin ölkəyə girişini önləmək üçün, öz sərhədlərini bağlayıblar.

Teqlər