Okt 02, 2015 10:16 Asia/Baku
  • Nüvə anlaşması Suriya böhranının həlli üçün əsas ola bilər
    Nüvə anlaşması Suriya böhranının həlli üçün əsas ola bilər

Almaniya xarici işlər naziri deyib: İranla nüvə anlaşması Suriyanın 5 illik daxili böhranının həlli üçün yaxşı əsasdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer ötən gün Almaniyanın ARD telekanalı ilə müsahibədə əlavə edib: İranla nüvə müzakirələri prosesinin nəticəsində etimad yarandı və bu Suriya münaqişəsi üzrə həll yolunun tapılmasına ümid bəsləmək üçün əsas ola bilər.
Almaniya xarici işlər naziri Suriya böhranının hərbi həll yolu olmadığını bildirərək deyib: Bu münaqişənin həlli üçün diplomatik prosesə başlamaq lazımdır.
Valter Ştaynmayer əlavə edib: Bu siyasi prosesin yaradılması üçün ABŞ, Rusiya, Suriyanın qoşunları, Ərəbistan, İran, Türkiyə və Avropa iştirak etməlidir.
Almaniya xarici işlər naziri dəfələrlə xatırladıb ki, Tehran Suriya prezidenti Bəşşar Əsədlə yaxın əlaqələrə görə, Suriyadakı qarşıdurmaların dayandırılmasında önəmli rola malikdir.

Teqlər