Okt 03, 2015 18:47 Asia/Baku
  • Türkiyə ordusu 3 əsgərini itirdi
    Türkiyə ordusu 3 əsgərini itirdi

PKK yaraqlılarının Türkiyənin Şırnak vilayətində hərbçilərin avtomobil karvanına hücumu zamanı 3 nəfər həyatını itirib.

Dəyərlər saytının verdiyi məlumata görə, Türkiyənin Şırnak vilayətində, Beytül-Şəbab məntəqəsində hərbçiləri daşıyan avtomobil karvanının hərəkəti yolunda quraşdırılan partlayıcı qurğunun işə salınması nəticəsində bir hərbçi ölüb.
Bu məlumata görə, Mardində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında çıxan toqquşmada da 2 hərbçi həlak olub. 5 hərbçinin də yaralandığı bu hadisədə bir sivil vətəndaş da xəsarət alıb.
Daxil olan məlumatlara görə, PKK yaraqlıları Tunceli - Polomur şose yolunda da 2 hərbçini oğurlayıblar.
Türkiyə Silahlı Qüvvətləri Baş Qərargahı da bir bildiriş yayaraq, ötən həftə İraqın şimalında PKK terrorçularının sığınacaqları və silah anbarlarına havadan zərbələr endirildiyini elan edib.
Türkiyənin şərqi və cənub şərqində gedən toqquşmalar iyul ayından, Suruç şəhərində baş verən partlayışın ardınca yenidən başlayıb. Bununla da tərəflər arasındakı atəşkəs anlaşması 3 ildən sonra qüvvədən düşmüş oldu.

Teqlər