PKK qüvvələrinin hücumları Türkiyə hərbçiləri tərəfindən dəf edilib
Okt 05, 2015 18:17 Asia/Baku
-
PKK qüvvələrinin hücumları Türkiyə hərbçiləri tərəfindən dəf edilib
Türkiyənin təhlükəsizlik rəsmiləri PKK qüvvələrinin bu ökənin cənub-şərqindəki hücumlarının dəf edilməsindən xəbər veriblər.
Uorld Bulleten xəbər portalının məlumatına görə, Türkiyənin təhlükəsizlik rəsmiləri bildiriblər ki, bu ölkə qüvvələri Hakkari vilayətindəki müxtəlif məntəqələrdə PKK üzvlərinin hücumlarını dəf edəndən sonra bu qrupun səkkiz üzvünü öldürüblər.Türkiyənin təhlükəsizlik qüvvələri bildiriblər ki, bir PKK-çı da hərbçilər tərəfindən mühasirə edildikdən sonra təslim olub.
Türkiyənin Mardin məntəqəsinin komandanlıq mərkəzi də bildiirib ki, PKK üzvlərindən on dörd nəfər bu məntəqədə öldürülüb.
Belə bir halda, Türkiyə ordusunun baş qərargahı PKK-ya qarşı hərbi əməliyyatların başlanmasından bəri bu qrupun tabeliyində olan min 480 yaraqlının öldürülməsindən xəbər verib.
Türkiyə ordusunun baş qərargahı bir bəyanatda bu xəbəri verərək, bildirib ki, iyulun yeddisindən bəri terrorçularla silahlı toqquşmalarda Türkiyənin təhlükəsizlik qüvvələrinin tələfatı 140 nəfərə çatıb.
Bəyanatda deyilir ki, Türkiyə rəsmiləri həmçinin iyulun 24-dən bəri PKK-çılardan, İŞİD terrorçularından və solçu İnqilabçı Xalq Azadlıq Cəbhəsi qrupundan 2799 nəfəri həbs edə biliblər.
Türkiyənin şərq və cənub-şərq məntəqələrində toqquşmalar iyul ayından, Suriya ilə sərhəd məntəqədə yerləşən Suruç şəhərində baş vermiş ölümcül partlayışdan, eləcə də üçillik atəşkəsdən sonra başlanıbdır.