Okt 06, 2015 12:51 Asia/Baku
  • Almaniyada mühacirlər əleyhinə növbəti dəfə aksiya keçirilib
    Almaniyada mühacirlər əleyhinə növbəti dəfə aksiya keçirilib

Almaniyada minlərlə nəfər bir millətçi partiyanın dəvəti əsasında küçələrə axışaraq, son günlər ölkəyə üz tutan mühacir axını əleyhinə aksiya keçirib.

İRİB-nin İsveçrənin rəsmi xəbər agentliyi ATS-ə istinadla verdiyi məlumata görə, Almaniyanın Derzden şəhərində minlərlə nəfər ifratçı millətçi və anti-islam partiya olan Pegida partiyasının dəvəti əsasında aksiya keçirib.
Aksiya iştirakçıları əllərində Almaniya bayrağı və üzərinə mühacirlər əleyhinə şüarlar yazılmış plakatlar ilə şəhərin əsas meydanında toplaşılbar.
Bazar günü də Almaniyanın bəzi şəhərləri mühacirlər əleyhinə oxşar aksiyanın şahidi olmuşdu.

Teqlər