NATO-nun baş katibi: “Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozması təsadüf deyil”
Okt 06, 2015 21:03 Asia/Baku
NATO-nun baş katibi Yens Stoltenberq Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozmasının təsadüf olmadığını iddia edib.
APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, Y. Stoltenberq bunu Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. “Bizim nöqteyi-nəzərimizdən bu, təsadüfə oxşamır. Həm də nəzərə alsaq ki, hadisə iki dəfə baş verib”, - deyə baş katib bildirib.Y. Stoltenberq ona verilən informasiya əsasında bu qənaətə gəldiyini söyləyib.
Xatırladaq ki, Suriyada hərbi əməliyyatlar keçirən Rusiya hərbi təyyarələri oktyabrın 3-4-də iki dəfə Türkiyənin hava məkanını pozub.