NATO baş katibi: Rusiyanın hərəkətlərinə cavab verməliyik
Okt 08, 2015 20:38 Asia/Baku
NATO baş katibi Yens Stoltenberq hərbi alyansın müdafiə nazirlərinin iclasında çevik reaksiya qüvvələrinin sayının 40 minə çatdırılması və Şərqi Avropada yeni iki qərargahın təsis edilməsindən xəbər verib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası bu gün elə bir halda başlanıb ki, qərbin bu hərbi alyansının yüksək səviyyəli üzvləri, baş katibdən tutmuş ABŞ və İngiltərə müdafiə nazirləri son günlərdə Rusiyanın Suriyadakı hücumlarına qarşı olduqlarını bildirmişlər. Elə buna görə də Suriya məsələsi bugünkü iclasın əsas mehvərlərindən biri olaraq elan olunub.NATO baş katibi deyib: Bu gün mənim gözləntim budur ki, Slovakiya və Macarıstanda iki komandanlıq qərargahının yaradılmasını təsdiqləyək. Bu qərargahlar ehtiyac olduğu halda bizim təsirli və çevik reakisyamız üçün onlardan istifadəyə zəmanət verəcəkdir.
Stoltenberq Baltikyanı ölkələrdə NATO qüvvələrinin sayının artırılmasını Rusiyanın hərəkətlərinə cavab adlandırıb və deyib: NATO-nun hərəkətləri müdafiə xarakterlidir və beynəlxalq öhdəlikilərə uyğundur. Əlbəttə NATO Rusiyaya cavab verməyə məcburdur.