Putin: ABŞ İranla bağlı bütün dünyanı aldadıb
Okt 23, 2015 12:07 Asia/Baku
-
Vladimir Putin
Rusiya prezidenti cümə axşamı Soçi iclasının bağlanış mərasimində deyib: Vaşinqton bütün dünya ölkələri o cümlədən Moskvanı İranın nüvə fəaliyyətləri ilə bağlı aldadıb.
Vladimir Putin ABŞ-ın NATO-nun raket əleyhinə müdafiə sisteminin İrandan gələ biləcək təhdidlər əleyhinə olması ilə bağlı iddialarına işarə edərək, deyib: İranın nüvə işinin öz həllini tapmasını nəzərə alaraq, artıq NATO-nun RƏM sisteminə də ehtiyac qalmamış olur.Putin əlavə edib: İran tərəfindən heç bir təhdid mövcud deyil. Avropada raket əleyhinə müdafiə sisteminin genişləndirilməsinə də heç bir ehtiyac yoxdur. Biz aldadılmışıq.
Rusiya prezidenti həmçinin vurğulayıb: Soyuq müharibə artıq başa çatıb. Amma, geosiyasi təzadların özülləri hələ də qalmaqdadır.
Putin daha sonra terrorçularla mübarizədə Suriya və İraq dövlətinin səylərini alqışlayıb və deyib: Əgər bu müqavimət olmasaydı, terrorçular indi bu iki ölkədə iqtidarı ələ keçirmişdilər.
Rusiya prezidenti əlavə edib: Suriya böhranını bütün ölkələrin o cümlədən İranın iştirakı olmadan həll etmək mümkün deyil.
"Moskva Suriya böhranının həllinə böyük dəstk verən iranlı əməkdaşları ilə yaxın əlaqələrə malikdir" - deyə Putin qeyd edib.