Okt 23, 2015 22:08 Asia/Baku
  • Obama ABŞ polisinin sərt rəftarını etiraf etdi
    Obama ABŞ polisinin sərt rəftarını etiraf etdi

ABŞ prezidenti etdiyi çıxışında bu ölkə polisinin qaradərililərə qarşı sərt rəftarını etiraf edib.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Barak Obama cümə axşamı günü etdiyi çıxışında deyib: ABŞ polis əməkdaşlarının qaradərililərə qarşı sərtliyi araşdırılmalı olan məsələdir.
Ədalət üzrə keçirilən iclasda çıxış edən Obama polis əməkdaşlarının qaradərililərə qarşı sərt davranışlarının həddindən artıq təkrarlanmasına toxunaraq bu tarixi problemin qanuni və hüquqi cəhətdən araşdırılmasının vacibliyini vurğulayıb.
Amerika prezidenti deyib: Onun özü də qaradərili bir vətəndaş olaraq gənclik dövründə polisin qaradərililərə qarşı ayrı-seçkilik rəftarlarını təcrübə edib.
Amerika polisinin qaradərililərlə sərt davranışı və silahsız qaradərilinin polis tərəfindən qətlə yetirilmələri son illər ərzində Amerikada qalmaqallı məsələyə çevrilib.

Teqlər