Okt 25, 2015 14:43 Asia/Baku
  • Şərh-Yetmiş il BMT karyerası: yaxşı, ya pis?
    Şərh-Yetmiş il BMT karyerası: yaxşı, ya pis?

BMT 1945-ci il oktyabrın 24-də və 2-ci dünya müharibəsindən sonra fəaliyyətə başladı və hazırda yetmiş yaşlı olub.

Bu təşkilat hansı karyeraya malik olub? Bu sualın araşdırılması göstərir ki, bu təşkilat əsas vəzifəsinin icrasında, yəni dünyada savaşların qarşısını almaq və onlara son qoymaqda o qədər də müvəffəq olmayıbdır.
Buna görə, digər bir sual budur ki, nə üçün BMT təsirli rol oynaya bilməyib, halbuki kollektiv hikmət mənbəyi olmalı idi, zira təkcə kollektiv səy və hikmət dünya ölkələri arasında həmkarlıq, sülh və təhlükəsizliyin güclənməsinə səbəb olur.
BMT tənqidçilərinin nöqteyi-nəzərincə, bu təşkilatın uğursuzluğunun ən mühüm səbəbini necə deyərlər, daha böyük ölkələrin rolunda görmək lazımdır ki, ikinci dünya müharibəsindən sonra özlərini qüdrət sahibləri sayaraq, öz istəklərini digər ölkələrə qəbul etdirdilər və bu məsələ BMT əsasnaməsini problemlə üzləşdirdi. Bu problem dünyanın şərq və qərb bloklarına bölünməsi ilə başlandı və SSRİ-nin dağılması və ikiqütblülük sisteminin dəyişməsi ilə də dünya qüdrətlərinin müdaxilə və zorakılıqları, müharibə qəbul etdirmə və insanları didərgin salma geniş miqyasda davam edibdir.
Bu təşkilat Ruanda soyqırımının qarşısını ala bilmədi və Serbrenitsa genosidi də BMT-nin gözləri önündə baş verdi. Bu ümumi zəiflik səbəb olub ki, BMT əsasnaməsində qeyd olunmuş amallar əlçatmaz görünmüş olsun.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Qulaməli Xoşru son zamanlar Qoşulmama Hərəkatının nümayəndəsi kimi Təhlükəsizlik Şurasının iş metodları ətrafında bəhsin aparılması məqsədilə keçirilən iclasda bu problemlərə toxunaraq, dedi: Qoşulmama Hərəkatı bu təşkilatın və Təhlükəsizlik Şurasının fəaliyyətində daha artıq şəffaflıq və kəsərliliyin olmasını istəyir.
Həqiqət budur ki, son iyirmi ildə Əfqanıstan və İraqdakı acı təcrübələr, eləcə də Yəmən və Fələstindəki qanlı olaylar göstərdi ki, BMT özünün hazırkı durumunda dünya problemlərini həll edə bilməz.
BMT hazırda müdaxiləçi qüdrətlərin, xüsusən Amerikanın sui-istifadələrinin xərcini ödəyir və BMT-nin problemləri və acizliklərinin bir hissəsi ötən proseslərin məhsuludur.
Elə buna görədir ki, BMT-nin fəaliyyəti əslində nəticəsiz bir siyasi oyun olub və əgər bu arada müsbət bir hadisə də baş veribdirsə, bəzi ölkələrin dünya qüdrətləri qarşısında durmaları və israrlarından irəli gəlibdir. Aydın olan məsələ budur ki, bu təşkilatın yaradılmasında ən mühüm hədəf, sülh və təhlükəsizliyin qorunması və savaşın qarşısının alınmasıdır və bu mexanizmdə Təhlükəsizlik Şurası sülhün qoruyucusu yerində durur. Buna görə, başlıca tələblər bu məsələyə yönəlibdir.
Hazırda şərait keçmişdəkindən fərqlidir və dünya daim sürətli dəyişmədədir və dünya ictimaiyyətinin istəyi budur ki, xalqların hüquqlarına hörmət və nizam-intizam zorakılığın yerini tutsun.
Dünya ictimaiyyətinin ehtiyac duyduğu məsələ budur ki, BMT-nin beynəlxalq nizam-intizam və sülhün yaradılması və müdafiəsindəki rolu barədə tərəddüd yerinə, bu orqana inamlar artmış olsun. Zira heç bir ölkə özünü BMT-nin səhvlərindən qaynaqlanan problem və zəifliklər qarşısında toxunulmaz görə bilmir. Belə ki, bu gün terrorizm təhlükəsi, iqtisadi böhbranlar və ya mühacirlər axını, hətta dünyada ab-hava dəyişiklikləri bütün dünyanı ciddi xətər və ziyanlar qarşısında qoyubdur.

Teqlər