Okt 28, 2015 14:41 Asia/Baku
  • Lavrov və Zərif Suriya böhranını araşdırdı
    Lavrov və Zərif Suriya böhranını araşdırdı

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə telefon danışığında Suriya böhranı ilə əlaqədar Vyana iclasına hazırlıq işləri barədə danışıb.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Sergey Lavrov və Məhəmməd Cavad Zərif arasında baş tutan öncəki telefon danışıqlarında cari həftədə Vyanada keçirilməsi nəzərdə tutulmuş iclasa hazırlıq üzrə fikir mübadilələri aparılıb.
Rusiya Xarici İşlər Nazirliyi öz bəyanatında əlavə edib: Tərəflər bu danışıqlarda bildiriblər ki, Suriyada siyasi danışıqların gedişini yaxşılaşdırmaq üçün dərhal təcili addımlar atılmalıdır.
İran və Rusiya xarici işlər nazirləri həmçinin, Suriya böhranının həllində regionun bütün təsirli ölkələrinin iştirakına təkid ediblər.
ABŞ Dövlət Departamentinin sözçüsü isə dünən axşam bildirib ki, Vaşinqton İranın da Suriya böhranı ilə bağlı birneçə tərəfli iclasa qatılmasını gözləyir.

Teqlər