Mogerini və Ştaynmayer Zəriflə Suriya barədə məsləhətləşiblər
Okt 29, 2015 12:02 Asia/Baku
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru və Almaniya xarici işlər naziri İran xarici işlər naziri ilə danışıqlar aparıblar.
Səhər Beynəlxalq Televiziyasının İran Xarici İşlər Nazirliyinin mətbuat baş idarəsinə istinadla verdiyi məlumata görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini və Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer çərşənbə günü günortadan sonra ayrı-ayrılıqda telefon söhbətlərində İran xarici işlər naziri ilə Suriya ilə əlaqədar son proseslər barədə məsləhətləşmə aparıblar.İran XİN sözçüsü Mərziyyə Əfxəm çərşənbə günü deyib: Suriya məsələsi barəsində Vyanada cümə günü keçiriləcək iclasda iştirak etmək üçün İran İslam Respublikasının dəvət olunmasına əsasən, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif yüksək səviyyəli heyətin müşayiəti ilə bu iclasda iştirak edəcək.
ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Suriya böhranına siyasi həll yolun tapılması ilə əlaqədar neçətərəfli beynəlxalq iclas cümə günü Vyanada keçiriləcək.