Okt 30, 2015 14:24 Asia/Baku
  • Vyanada Suriya böhranının araşdırılması üzrə beynləxalq iclas başlanıb
    Vyanada Suriya böhranının araşdırılması üzrə beynləxalq iclas başlanıb

Suriya böhranının araşdırılması üzrə beynəlxalq iclas bu gün Avstriya paytaxtı Vyanada işə başlayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Suriya böhranına siyasi həll yollarının araşdırılması üzrə beynəlxalq iclas bu gün İran, ABŞ, Fransa, Rusiya, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, İngiltərə, Qətər, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İraq, Oman, Livan, Çin xarici işlər nazirləri, Avropa Birliyi və BMT-nin Suriya məsələləri üzrə nümayəndələrinin iştirakı ilə Vyana şəhərinin İmperial otelində işə başlayıb.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Vyanaya daxil olduqdan sonra Suriya böhranının araşdırılması üzrə beynəlxalq iclasda iştirak etməzdən öncə deyib: Suriya böhranının həll yolu hamının qəbul etdiyi prinsipə əsasən olmalıdır.
ABŞ dövlət katibi Con Kerri iclas başlamazdan öncə jurnalistlərə deyib: Vyana müzakirələri çətindir. Lakin həll yolunun tapılmasına ümid bəsləyirik.

Teqlər