Avropa rəsmilərinin təyyarəsi təhlükəsizlik hədəsi qorxusundan Türkiyədə ilişib qalıb
Noy 17, 2015 09:30 Asia/Baku
-
Avropa rəsmilərinin təyyarəsi təhlükəsizlik hədəsi qorxusundan Türkiyədə ilişib qalıb
Avropa İttifaqının bir neçə yüksək vəzifəli rəsmisi, o sıradan Donald Tasek və Jan Kloud Yunker təhlükəsizlik hədəsinə görə, təyyarəni dəyişmək üçün Türkiyədə qalmağa məcbur olublar.
Fars xəbər agentliyinin məlumatına görə, təhlükəsizlik hədəsi səbəb olub ki, Avropa İttifaqının bir qrup yüksək vəzifəli rəsmisi bazar ertəsi günü Türkiyəni tərk edə bilməsin.Röyters-in məlumatına görə, Avropa Şurasının sədri Donald Tasek və Avropa Komissiyasının sədri Jan Kloud Yunker "təyyarə üçün təhlükəsizlik hədəsi" adlandırılan məsələyə görə, Antalya hava limanından havaya qalxmayan təyyarənin sərnişinlərindən olublar.
İyirmilər qrupunun iclasında iştirak üçün Türkiyəyə səfər etmiş bu təyyarənin sərnişinləri qərar üzrə Belçika hava qüvvələrinin bu təyyarəsi ilə Brüsselə yola düşməli idilər.
Adının açıqlanmamasını istəyən bir avropalı rəsmi Röyters-ə deyibdir ki, Tasek və Yunker təyyarə barədə olan nigaranlıqlara görə, çərşənbə axşamına qədər gözləməli və sonra başqa bir təyyarə ilə Türkiyəni tərk etməlidirlər.
Bu hadisə sonradan İŞİD-in tabeliyində olan yaraqlı şəxslər tərəfindən törədildiyi məlum olan onlarla nəfərin ölümü ilə nəticələnmiş Parisin bir neçə nöqtəsinə qarşı hücumlardan iki gün sonra baş verib.