Noy 20, 2015 19:35 Asia/Baku
  • Malidə girov götürmə hadisəsi ilə bağlı son vəziyyət
    Malidə girov götürmə hadisəsi ilə bağlı son vəziyyət

Bu gün səhər bir qrup silahlı Bamakoda yerləşən Radison otelinə basqın edərək, otelin 30 personelini və oteldə olan 140 qonağı girov götürüb.

İRİB-nin məlumatına görə, yüksək səviyyəli bir təhlükəsizlik rəsmisi Radison otelində bir neçə partlayış və güllə səsinin eşidilməsindən xəbər verib və deyib: polis qüvvələri məntəqəni mühasirəyə alıblar.
Yerli mediaların bildirdiklərinə görə, bu hadisədə indiyə kimi 5 nəfər o cümlədən bir neçə xarici ölkə vətəndaşı həyatını itirib.
Girovlar arasında bir neçə Amrika və Çin vətəndaşının habelə, Fransa hərbçilərinin olduğu bildirilir.
Mali prezidenti bildirib ki, Radison otelinə edilən hücum bir terror aktıdır.
Fransa cümə günü Bamakoya 40 təcrübəli və peşəkar jandarmını göndərməsindən xəbər vermişdi.
İndiyə kimi heç bir tərəf hadisənin məsuliyyətini öz üzərinə götürməyib və baş verənlərin ötən həftə Parisdə baş vermiş olaylar ilə hansısa əlaqəsinin olub-olmadığı məlum deyil.
Əl-Qaidə qruplaşması ilə əlaqədə olan silahlı qruplaşma 2012-ci ilin mart-aprel aylarında Malinin şimal hissəsinə nəzarəti ələ keçirib və bu məntəqədə özünə baza yaradıb. Amma, 2013-cü ildə Fransanın başçılığı altında başladılmış əməliyyatın sonunda bu məntəqənin işğalına son qoyuldu.

Teqlər