Moskva NATO-nun Qafqazın cənubundakı iştirakının artmasından nigaranlıq edib
Dek 10, 2015 14:06 Asia/Baku
Rusiya Şimali Atlantika Alyansı NATO-nun Qafqazın cənubundakı iştirakının artmasından nigaranlıq edib.
İTAR TASS bildirir ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin çərşənbə axşamı günü Cenevrədə, Cənubi Qafqazda təhlükəsizlik məsələsinin araşdırılması iclasında deyib: NATO-nun məntəqədəki iştirakının artması və Gürcüstanın NAOYA üzvlük istiqamətindəki səyləri Moskvanı narahat edir.
Karasin əlavə edib: Moskva bu məsələ ilə bağlı öz nigaranlığını dəfələrlə NATO və Gürcüstanın diqqətinə çatdırıb.
Bu rus rəsmi daha sonra bəzi Gürcü rəsmilərin o cümlədən Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin Rusiya əleyhinə düşmən xarakterli mövqelər sərgiləməsini qınayıb.