İngiltərə hökuməti bu ölkə polisinə atəş icazəsi verdi
Paris olaylarının ardınca İngiltərə dövləti terrorizm ilə mübarizə bəhanəsi ilə bu ölkə polisinə atəş icazəsi verib və onları qanuni baxımdan dəstəkləyib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İngiltərənin baş naziri Deyvid Kameron İngiltərənin silahlı zabitlərinin qanun çərçivəsində himayə edilməsini istəyib. Bu arada İngiltərə hökuməti silahdan istifadə ilə bağlıyeni qanun layihəsi hazırladığını bildirib. Yeni qanun layihəsi atəş icazəsinə malik olan zilahlı zabitləri himayə məqsədi daşıyır.
İngiltərədə polis rəislərinin öz qüvvələrinin himayə olunması istəyi ilə çıxış etmələrinin ardınca, Deyvid Kameron polisi himayə üzrə qanuni bazanın yaradılması barədə göstəriş verib.
İngiltərədə Leyboristlər Partiyasının sədri Ceremi Korbin "Sanday Time" qəzetinə deyib: Polisə atəş icazəsinin verilməsi ilə müxalifəm.
Ceremi Korbin həmçinin, xəbərdarlıq edib ki, polisə belə bir icazənin verilməsi ictimaiyyət ilə polis arasındakı əlaqələrin korlanmasına və polis tərəfindən açılan bütün atəşlərin terrorizm ilə mübarizə bəhanəsi ilə ört-basdır edilməsinə səbəb ola bilər.