Yan 05, 2016 10:28 Asia/Baku
  • Almanlar Ərəbistan səfirliyi qarşısına toplaşdılar
    Almanlar Ərəbistan səfirliyi qarşısına toplaşdılar

Almaniya vətəndaşları Ərəbistanın Berlindəki səfirliyinin qarşısına toplaşaraq tanınmış ruhani Şeyx Nimr Baqir əl-Nimrin edam edilməsinə etiraz ediblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, almanlar BMT-dən Ərəbistanda insan haqları vəziyyətini araşdırmasını istəyiblər.

Beynəlxalq ictimaiyyət, xüsusilə də BMT baş katibinin Ərəbistanın mübariz ruhani Şeyx Nimr Baqir əl-Nimr barədə çıxartdığı edam qərarını ləğv etmək üzrə səylərinə baxmayaraq, Ərəbistan Daxili İşlər Nazirliyi şənbə günü səhər elan etdi ki, Şeyx Nimr onlarla şəxslər, o cümlədən bir neçə siyasi fəalla birlikdə təhlükəsizliyə qarşı adlandırılan ittihamla edam olunublar.

Səudiyyə rejimi tərəfindən Şeyx Nimrin edam qərarının icra olunması dünyada ictimai etirazlara səbəb olub və beynəlxalq səviyyədə pislənilir.

Teqlər