NATO Rusiyanın ittihamlarını rədd etdi
Şimali Atlantika Alyansı NATO bu təşkilatın rəftarları və genişlənməsinin Rusiyanın milli təlükəsizliyi əleyhinə təhdid olması ilə bağlı Moskva tərəfindən səsləndirilən ittihamları rədd edib.
Asoşeyted Press-in verdiyi məlumata görə, NATO-nun sözçüsü Oana Lungescu bu gün çərşənbə axşamı deyib: NATO hələ ki, Rusiyanın yeni təhlükəsizlik doktrinasını analiz etməklə məşğuldur.
O, daha sonra deyib: NATO bu ittihamları ümumiyyətlə təkzib edir və siyasətlərinin Moskvanın təhlükəsizliyinə qarşı təhdid olmadığını bildirir.
Rusiyanın ötən həftə ölkə prezidenti Vladimir Putin tərəfindən elan olunan yeni hərbi doktrinası NATO-nu beynəlxalq qanunları pozmaqda və öz hərbi infrastrukturlarını Rusiyanın sərhədlərinə yaxın məntəqələrə köçürməkdə ittiham edir.
NATO da ötən həftə Monteneqronu bu təşkilatın 29-cu üzvü olmağa dəvət edib.
NATO-nun sözçüsü bu təşkilatın genişlənməsinin heç bir ölkə əleyhinə təhdid olmadığını deyərək, hər bir müstəqil ölkənin istədiyi birliyə qoşulmaq haqqına malik olduğunu bildirib.