Yan 07, 2016 15:00 Asia/Baku
  • Almaniya kanslerinin siyasətləri tənqid edildi
    Almaniya kanslerinin siyasətləri tənqid edildi

Almaniyanın Bayern əyalətində baş kansler Angela Merkelin siyasətləri ilə müxalif olanlar aksiya keçiriblər.

PressTV-nin verdiyi məlumata görə, Almaniyanın Sosial Xristian Partiyasının üzvləri Partiyanın Bayern əyalətində keçirilən illik iclasında kansler Angela Merkelin siyasətlərini tənqid ediblər. Həmçinin, iclas ilə bir vaxtda, iclasın keçirldiyi məkanın ətrafında partiyanın tərəfdarları ilə Almaniya polisi arasında qarşıdurma baş verib.

Bu toqquşma, partiya tərəfdarlarının iclasın keçirildiyi məkanın girişlərini bağlamağa cəhd göstərməsinin ardınca baş verib.

Almaniya kansleri Angela Merkel bu iclasın ardınca Avropada mühacirət böhranının əsaslı formada həll edilməsi üçün Yaxın Şərqdə sabtliyin bərqərar edilməsinə təkid edib.

O, həmçinin, mühacir böhranın 2016-cı ildə Avropanın ən böyük böhranı olacağını bildirib. Almaniya dövlətinin açıqlamasına görə, bu ölkə 2015-ci ildə 1.2 milyon mühacir qəbul edib. Bu mühacirlərin 400 min nəfəri suriyalı olub.

Almaniya Avropanın ən iri iqtisadi qüdrəti olaraq, ötən il Avropa ölkələri arasında ən çox mühacir qəbul edən ölkə olub.

Teqlər