Ərdoğan: Türkiyədə kürd məsələsi yoxdur
-
Ərdoğan: Türkiyədə kürd məsələsi yoxdur
Türkiyə prezidenti deyib: Bu ölkədə kürd məsələsi adlı problem yoxdur, yalnız terrorizm problemi vardır.
Səhər Beynəlxalq Televiziyasının Hürriyyət qəzetinə istinadla verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Prezident Sarayında deyib: Bu ölkədə bütün etnik qrupların özünəməxsus problemləri vardır və hökumət də var-gücü ilə bu problemlərin həllinə çalışır.
Ərdoğan əlavə edib ki, Türkiyədə kürd məsələsi onun 2005-ci ildə Diyarbəkirdə etdiyi çıxışında bağlandı və hazırda ölkənin qarşısında duran əsas problem terrorizmdir.
Türkiyə prezidenti PKK tərəfdarı olan siyasətçilərin həbsinin gücləndirilməsini istəyib və Xalqların Demokratik Partiyasının rəhbərləri Səlahəddin Dəmirtaş və Figen Yüksəldağın parlament toxunulmazlığının ləğv edilməsini vurğulayıb.
Ərdoğan eyni zamanda Xalqların Demokartik Partiyasının ləğv edilməsinə qarşı olduğunu bildirib. Lakin, heç bir partiyanın Türkiyənin Milli Mənafeyinə qarşı addım atmamalı olduğunu da vurğulayıb.
Xalqların Demokratik Partiyasının da üzv olduğu Demokratik Cəmiyyətlər Konqresinin dekabr iclasında bir bildiriş verildi. Bu bildirişdə Türkiyədə kürd muxtar bölgələrin yaradılmasının vacibliyi vurğulanıb.
Bu bildiriş Ərdoğan və Türkiyə hökumətinin Xalqların Demokartik Partiyasının həmin iclasda iştirak və çıxış etmiş rəhbərlərinin parlament toxunulmazlığının ləğv edilməsini istəmələrinə səbəb olub.