Almaniya xalqı Ali-Səud rejiminin siyasətlərinə qarşı aksiya keçirib
https://azeri.sahartv.ir/news/dünya-i203508-almaniya_xalqı_ali_səud_rejiminin_siyasətlərinə_qarşı_aksiya_keçirib
Yüzlərlə Almaniya vətəndaşı Ərəbistanın Frankfurt şəhərindəki konsulluğu önünə toplaşaraq, tanınmış ərəbistanlı şiə mübariz ruhani Şeyx Nimir Baqir Əl-Nimirin edam olunmasını pisləyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 09, 2016 08:14 Asia/Baku
  • Almaniya xalqı Ali-Səud rejiminin siyasətlərinə qarşı aksiya keçirib
    Almaniya xalqı Ali-Səud rejiminin siyasətlərinə qarşı aksiya keçirib

Yüzlərlə Almaniya vətəndaşı Ərəbistanın Frankfurt şəhərindəki konsulluğu önünə toplaşaraq, tanınmış ərəbistanlı şiə mübariz ruhani Şeyx Nimir Baqir Əl-Nimirin edam olunmasını pisləyibdir.

Press TV-nin məlumatına görə, Almaniya xalqından yüzlərlə nəfər cümə günü Ərəbistanın Frankfurt şəhərindəki konsulluğu önünə toplaşaraq, Şeyx Nimir Baqir Əl-Nimirin edam olunmasını pisləyib və şüarlar verərək, Ali-Səud rejiminin hərəkətinə qarşı öz nifrət və hiddətini bildiribdir.

Etirazçılar habelə dünya ictimaiyyətindən Şeyx Nimirin edamı amillərinin mühakimə edilmələrini istəyiblər.