Ərəbistan "Avaks"ının rus bombardmançısının vurulmasında əli olub
Yan 09, 2016 18:15 Asia/Baku
Rusiyanın bir hərbi eksperti deyib ki, Ərəbistan "Avaks"ı rus bombardmançısının vurulmasında Türkiyə ilə əlbir olub.
Təsnim xəbər agentliyinin məlumatına görə, rus hərbi ekspert Aleksey Leonkov şənbə günü Rusiyanın Reqnom xəbər agentliyi ilə müsahibədə deyib: Nəinki NATO-nun Türkiyənin casusluq təyyarəsinin köməyilə rus bombardmançısının vurulmasında əli olub, həm də Ərəbistan "Avaks"ı da bu hücumda Türkiyənin hava qüvvələrinə yol göstəribdir.
Rusiyanın Su-24 bombardmançısı noyabrın 24-də Türkiyənin hava qüvvələri tərəfindən Suriya ərazisində vurulub yerə salındı və bu hərəkətdən sonra Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi və hazırda iki ölkə əlaqələri ən aşağı səviyyə enibdir.