Hər gün Almaniyadan Avstriyaya yüzlərlə mühacir qovulur
Avstriya polisi bildirib ki, Almaniya hər gün yüzlərlə mühaciri həmin ölkəyə qovur.
Press TV-nin məlumatına görə, adının gizli qalmasını istəyən bir avstriyalı polis rəsmisi bazar ertəsi günü deyib ki, 2016-cı ilin əvvəlindən bəri yüzlərlə mühaciri Avstriyaya göndəriblər.
Onun sözlərinə görə, Avstriyaya göndərilən mühacirlərin əksəriyyəti Əfqanıstan, İraq və Mərakeşdəndir.
Bu polis rəsmisinin sözlərinə görə, Almaniya başçıları mühacirlər qarşısında daha qətiyyətli əməl etmək niyyətindədirlər.
Avstriya da 2015-ci ilin dekabrında yüzlərlə mühaciri bu ölkədən çıxararaq, Sloveniyaya göndəribdir.
Belə görünür ki, Avropada mühacirət böhranı 2016-cı ilin ən böyük problemidir.
Almaniya hökumətinin bildirdiyinə görə, 2015-ci ildə adları qeydə alınmış bu ölkə mühacirlərinin sayı təqribən bir milyon yüz min nəfər olubdur ki, onların dörd yüz min nəfərindən çoxu suriyalıdır.
Almaniya Avropanın ən böyük iqtisadiyyatı kimi ötən il Avropa Birliyi ölkərləri arasında ən çox mühacir qəbul edibdir.