NATO-nun Türkiyəni dəstəkləməsi Rusiya tərəfindən məzəmmət edilib
Rusiya Müdafiə Nazirliyinin sözçüsü NATO-nun Rusiyaya qarşı "Türkiyənin hava məkanını pozmağa" dair iddiasında Ankaranı dəstəkləməsini məzəmmət edib.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib: Moskva NATO-dan bundan başqa bir reaksiya gözləmirdi və təsadüfi deyildir ki, türk tərəf Rusiyanın kəskin tənqidlərindən sonra indadkarcasına NATO-nu bu oyuna çəkir.
Konaşenkov əlavə edib: Rus qırıcısının Suriya-Türkiyə sərhədindən keçərək, Türkiyənin hava məkanına daxil olması haqda peyk şəkillərinə malik olduğunu iddia edən NATO nə üçün bu şəkilləri gizli adlandırıb?
Rusiya Müdafiə Nazirliyinin sözçüsü Pentaqon və NATO başçılarına tövsiyə edib ki, hər cür hay-küylü fikir bildirmədən öncə vəziyyəti diqqətlə araşdırsınlar.
Türkiyə şənbə günü iddia etmişdi ki, bir ədəd rus "Suxoy-34" qırıcısı bu ölkənin hava məkanını pozubdur.
Rusiya isə Türkiyənin bu iddiasını rədd edibdir.