Alman ekspertlər: Bəşşar Əsədin Suriya döyüşlərində qələbəsi qətidir
Alman ekspert və analirtiklər vurğulayırlar ki, daha Bəşşar Əsəd dövlətinin Suriya döyüşlərində qələbəsinin qarşısını almaq imkanı yoxdur.
IRNA-nın məlumatına görə, "Frankfurter Algemayne Saytunq" qəzeti yazıb ki, Rusiyanın bu müharibəyə müdaxiləsi döyüşlərdə vəziyyətin dəyişməsinə səbəb olub və Bəşşar Əsədi uğurlarla üzləşdiribdir.
Qəzet əlavə edib: Almaniyanın təhlükəsizlik dairələrinin fikrincə, Suriyadakı yaraqlı qruplar dağılmaqdadırlar və daha Bəşşar Əsədin irəliləyişlərinin qarşısını almaq olmaz. Hələb tezliklə süqut edəcək və bu hadisə ilə dövətin legitimliyi bərpa olacaq, onun ardınca da silahlı müqavimət dağılacaqdır.
Almaniyanın təhlükəsizlik dairələrinin qənaətincə, Rusiya Suriyada uzunmüddətli bir strategiya ardıncadır və qərb məntəqələrində dövlətin təsbiti və müxalifətin məğlubiyyətindən sonra ikinci etapda qərar üzrə İŞİD ilə mübarizə bu ölkənin şərqində başlayacaqdır.