Almaniya paytaxtında bomba qoyulmuş avtomobil partlayıb
https://azeri.sahartv.ir/news/dünya-i211234-almaniya_paytaxtında_bomba_qoyulmuş_avtomobil_partlayıb
Almaniya polisi bu ölkənin paytaxtı Berlində bomba qoyulmuş avtomobilin partlamasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2016 16:22 Asia/Baku
  • Almaniya paytaxtında bomba qoyulmuş avtomobil partlayıb
    Almaniya paytaxtında bomba qoyulmuş avtomobil partlayıb

Almaniya polisi bu ölkənin paytaxtı Berlində bomba qoyulmuş avtomobilin partlamasından xəbər verib.

Frans-Press-in məlumatına görə, Almaniya polisi bildirib ki, bomba qoyulmuş bir avtomobil çərşənbə axşamı günü Berlinin mərkəzində partlayıb; nəticədə avtomobilin sürücüsü ölüb və bir neçə nəfər yaralanıbdır.

Almaniya polisi bu partlayışın terror partlayışı olmasını rədd etməyib.

Şahidlərin dediklərinə görə, bu avtomobil hərəkət zamanı partlayıb.

Partlayışdan sonra Berlinin bir neçə küçəsi boşaldılıb və polisin təhqiqatı davam edir.

İŞİD terror qrupu Fransa paytaxtı Parisdəki terror hücumlarından sonra təhdid etmişdi ki, oxşar hücumları digər ölkələrdə həyata keçirəcək.

2015-ci ili 13 noyabr terror hücumlarında azı 132 nəfər həlak oldu, 352 nəfər də yaralandı.