Mart 16, 2016 13:55 Asia/Baku
  • Türkiyə polisi İstanbulda 200 PKK-çını həbs etdi
    Türkiyə polisi İstanbulda 200 PKK-çını həbs etdi

Türkiyə polisi İstanbulda geniş bir əməliyyat həyata keçirərək, PKK qruplaşmasının 20 üzvünü həbs edib.

Türkiyədə çıxan Yeni Şəfəq qəzetinin internet portalında yer alan məlumata görə, Türkiyə polisinin terrorizm ilə mübarizə idarəsinin əməkdaşları Fateh, Bəyoğlu, Bağçalıevlər, Avcılar, Əsənlər, Kadı Köy və Sultan Qazı məntəqələrində öncədən müəyyən edilmiş məntəqələrə hücum edərək, bu şəxsləri həbs ediblər.

Bu hesabata görə, saxlanılanlar arasında bir neçə vəkil də var.

Türkiyə polisi ötən iki gündə 14 vilayətdə PKK ünsürlərinə qarşı əməliyyatları zamanı 245 nəfəri həbs edib. Bu şəxslərdən 31 nəfəri dünən məhkəmə qərarı ilə həbsə məhkum ediliblər.

Başqa bir məlumata görə, Türkiyə polisi 3 gün öncə Ankarada baş vermiş terror aktı ilə bağlı araşdırmalar çərçivəsində 12 nəfəri həbs edib. Ankara terror aktında 37 nəfər ölmüş, 125 nəfər isə yaralanmışdı.

Teqlər