Terror təhdidlərinin ardınca Türkiyədəki alman ofis və məktəblər bağlanıb
https://azeri.sahartv.ir/news/dünya-i211720-terror_təhdidlərinin_ardınca_türkiyədəki_alman_ofis_və_məktəblər_bağlanıb
Almaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkənin Türkiyədəki diplomatik heyətlərinə qarşı terror hücumlarının baş verməsi ehtimalının ardınca İstanbul və Ankaradakı alman ofis və məktəblər şənbə və bazar günləri bağlıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2016 06:47 Asia/Baku
  • Terror təhdidlərinin ardınca Türkiyədəki alman ofis və məktəblər bağlanıb
    Terror təhdidlərinin ardınca Türkiyədəki alman ofis və məktəblər bağlanıb

Almaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkənin Türkiyədəki diplomatik heyətlərinə qarşı terror hücumlarının baş verməsi ehtimalının ardınca İstanbul və Ankaradakı alman ofis və məktəblər şənbə və bazar günləri bağlıdır.

Bundan öncə Almaniyanın Xarici İşlər Nazirliyi bildirmişdi ki, bu ölkənin Ankaradakı səfirliyi və İsttanbludakı konsulluğu terror hücumları üzrə böyük təhdidlərə görə bağlanıbdır.

Türkiyə mediaları cümə günü Ankaranın mərkəzində silahlı bir şəxsin hücumunda bir polis zabiti və daha bir mülkinin öldürülməsindən xəbər veriblər.