Bu gün Həzrət İmam Hadi(ə)-ın şəhadətinin ildönümü günüdür
https://azeri.sahartv.ir/news/dünya-i214699-bu_gün_həzrət_İmam_hadi(ə)_ın_şəhadətinin_ildönümü_günüdür
Bu gün 1437-ci hicri qəməri ili rəcəb ayının üçü, 2016-cı milad ili aprelin 11-i, İslamın Böyük Peyğəmbəri(s.ə.s)-in pak övladlarından və şiələrin onuncu imamı olan Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günüdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2016 12:02 Asia/Baku
  • Bu gün Həzrət İmam Hadi(ə)-ın şəhadətinin ildönümü günüdür
    Bu gün Həzrət İmam Hadi(ə)-ın şəhadətinin ildönümü günüdür

Bu gün 1437-ci hicri qəməri ili rəcəb ayının üçü, 2016-cı milad ili aprelin 11-i, İslamın Böyük Peyğəmbəri(s.ə.s)-in pak övladlarından və şiələrin onuncu imamı olan Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günüdür.

Şiələrin onuncu imamı İmam Əli Əl-Nəqi(ə) 212-ci hicri qəməri ilində Mədinə şəhəri yaxınlığında dünyaya göz açaraq, böyük atası İmam Cavad(ə)-ın göstərişləri altında qərar tapdı. O həzrət atasının vəfatından sonra islami cəmiyyətin imamlığı və rəhbərliyini üzərinə götürdü.

İmam Əli Əl-Nəqi(ə)-ın məşhur ləqəblərindən Hadinin mənası, hidayət edən olub.

İmam Hadi(ə) əsl İslamın nurlu simasının təqdimində çox səy göstərdi.

Bir tərəfdən, İmam Hadi(ə)-ın geniş elm və biliyi, digər tərəfdən də o həzrətin xalq arasındakı sevimliliyi və böyük cəzbediciliyi Abbasi hökmranlarının paxıllığı və küdurətinə səbəb oldu. Onlar nəhayət bir fitnə ilə o həzrəti şəhid etdilər.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə paklıq Əhli-Beyti(ə)-ın bütün tərəfdarlarına başsağlığı verir.